Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2 May 2023 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
1 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Ağsu, Xaçmaz, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 15 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Səmədov Etibar Eldar oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 247C |
İnzibati protokol tərtib edilib |
2. |
Mustafayev Mürsəl Zeybulla oğlu |
Yasamal rayonu, X.Mustafayev küçəsi 80 |
İnzibati protokol tərtib edilib |
3. |
Hüseynov Nazim İsgəndər oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 39 |
İnzibati protokol tərtib edilib |
4. |
Məmmədov Azər İsabala oğlu |
Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 163B |
İnzibati protokol tərtib edilib |
5. |
Bağırov Mahir Əziz oğlu |
Yasamal rayonu, M.Seyidov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
6. |
Kazımov Niyaz Rövşən oğlu |
Yasamal rayonu, N.Hikmət küçəsi |
İnzibati protokol tərtib edilib |
7. |
Quliyev Eldar Nəriman oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Alxanov Ağa Yadulla oğlu |
Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolu |
İnzibati protokol tərtib edilib |
9. |
Əliyev Qədir Nahid oğlu |
Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolu |
İnzibati protokol tərtib edilib |
10. |
Atababayev Əlibala Əlibaba oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
11. |
Əliyev Əlfiyyad Fətəli oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
12. |
Rüstəmov Ramin Rüstəm oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
Ağsu şəhəri üzrə |
|||
13. |
Baxışov Ramil Bəybala oğlu |
Ağsu şəhəri, M.V.Vidadi küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
14. |
Zərbalıyev Rövşən Şakir oğlu |
Ağsu şəhəri, S.Vurğun küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
Şamaxı rayonu üzrə |
|||
15. |
Kərimov Rzaxan Cavanşir oğlu |
Şamaxı rayonu, Çuxuryurd kəndi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
16. |
Kərimov Eyvaz Kərim oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
17. |
Əhmədov Ərəstun Abuzər oğlu |
Tovuz rayonu, Qovlar şəhəri |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.