Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2 Sentyabr 2024 12:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 26-29 avqust tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Qazax rayonlarında fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
İbrahimov Camal Kamal oğlu |
Xətai rayonu, X.Əlizadə küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
Əliyev Şahin Əyyub oğlu |
Xətai rayonu, Gəncə prospekti 16 |
İnzibati protokol tərtib edilib |
|
Allahverdiyev Saleh İntizar oğlu |
Xətai rayonu, Gəncə prospekti 82 |
İnzibati protokol tərtib edilib |
|
Mirzəyev Rahim Rzaxan oğlu |
Xətai rayonu, P.Həşimov küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Yaşar Cavad oğlu |
Xətai rayonu, R.Bağırov küçəsi 36 |
İnzibati protokol tərtib edilib |
|
Gülgəzov Sahib Novruz oğlu |
Xətai rayonu, R.Bağırov küçəsi 32 |
İnzibati protokol tərtib edilib |
|
Məmiyev Fuad Mətləbxan oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi 134 |
İnzibati protokol tərtib edilib |
|
Əmirov Rauf Sərvər oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
Hacıyev Yaşar Aydın oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 71 |
İnzibati protokol tərtib edilib |
Ağcabədi rayonu üzrə |
|||
|
Hüseynov Arif Hüseyn oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Teymur Sabir oğlu |
Ü.Hacıbəyov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Əfər Həmid oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
|
Ayralov Sarı Qədir oğlu |
Qazax şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər

Lənkəranda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı
Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus ”Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

"Top Qapı" restoranında ciddi nöqsanlar aşkarlandı
Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus "Top Qapı" restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib. Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.

“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı
Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında AQTA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub. Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.