Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
4 Mart 2024 17:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 26 fevral - 1 mart tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şirvan şəhəri və Şamaxı, Ağcabədi, Şəmkir, Tovuz, Xaçmaz, Oğuz rayonlarında fəaliyyət göstərən 27 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Şirvan şəhəri üzrə |
|||
|
|
Əhmədov Xəyal Xəqani oğlu |
T.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Nəhmətov Bəxtiyar Heybət oğlu |
M.İbrahimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Abıyev Fərid Famil oğlu |
S.Şükürov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Şükürov Elmir Elman oğlu |
Xəqani küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əbilov Rahib Davud oğlu |
T.Ələkbərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Səfərov İntiqam Şahbala oğlu |
T.Ələkbərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Süleymanov Ceyhun Rasim oğlu |
Z.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Eminov Novruz Fazil oğlu |
L.İbrahimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Taleh Səftər oğlu |
Çılpaqlı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı rayonu üzrə |
|||
|
|
Mirzəyev Sahib Gülbala oğlu |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İslamov Məhəmməd Mehralı oğlu |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimov Seymur Nifdulla oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Kərimov Elşad Arif oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Musayev Hikmət Sovqat oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Ağcabədi rayonu üzrə |
|||
|
|
Nəsirov Cəfər Aydın oğlu |
Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şəmkir rayonu üzrə |
|||
|
|
Cəfərov Xəqani Fidayıl oğlu |
Şəmkir şəhəri, Ş.Qurbanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Zamanov Suliddin Allahverdi oğlu |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Qurbanov Feruz Vəli oğlu |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
|
Bayramov Əkbər Qabil oğlu |
Tovuz şəhəri, M.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
|
Ağayev Rifaq Sabir oğlu |
Nəracan kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Seyidov Zamir Zaur oğlu |
Xaçmaz şəhəri, Bakı prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Ağayev Nizami Əmirağa oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Ağayev Seymur Vahid oğlu |
Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Abdulrəhmanov Azad Mahmud oğlu |
Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Ağayev Abdulla Hüseynağa oğlu |
Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Oğuz rayonu üzrə |
|||
|
|
Əliyev İntiqam Həsən oğlu |
Oğuz şəhəri, B.Vahabzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsrətov Samir Bəhlul oğlu |
Oğuz şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş