Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
1 Aprel 2024 11:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
18-29 mart 2024-cü il tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Masallı, Lənkəran, Qazax rayonlarında fəaliyyət göstərən 18 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Həsənov Turab Qurbani oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Tural Akif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Ruhi Rəhman oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, |
İnzibati protokol tərtib edilib |
|
|
Çıraqov Məzahir Yapon oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, |
İnzibati protokol tərtib edilib |
|
|
Beydiyev Əkbər Kamran oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 24 |
İnzibati protokol tərtib edilib |
|
|
Şükürov Elnur Hümbət oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Mahmudov Şahin Vaqif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Çıraqov Nazim Məmməd oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənəliyev İman İsgəndər oğlu |
Suraxanı rayonu, Qum adası |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Eldar Eyvaz oğlu |
Suraxanı rayonu, Qum adası |
İnzibati protokol tərtib edilib |
|
|
Ağasiyev Hafiz Ağahüseyn oğlu |
Suraxanı rayonu, Zığ kəndi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
|
Qasımov Mirmayıl Mirəli oğlu |
Xaçmaz şəhəri, 20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
|
Kərimov Bəhruz Səlim oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Dadaşov Mahir İmanqulu oğlu |
Boradigah qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran rayonu üzrə |
|||
|
|
Seyfullayev Taleh Mircəlal oğlu |
Digah yolu, Ələt-Astara magistralı |
İnzibati protokol tərtib edilib |
|
|
Qurbanov İsrafil Mütəllim oğlu |
Şürük kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Elşən İsa oğlu |
Vilvan kəndi |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
|
Əliyev Ramin Valeh oğlu |
Daş Salahlı kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb
Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Zeynal oğluna məxsus istehsal müəssisəsində emal olunan “№1” (11.11.2025-11.11.2026-cı il istehsal və son istifadə tarixli), “Kəhrəba” (27.07.2026-27.07.2027-ci il istehsal və son istifadə tarixli) və “Nabat” (03.09.2026-03.09.2027-ci il istehsal və son istifadə tarixli) əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu aşkarlanıb. Faktla bağlı inzibati cərimə tətbiq olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş