Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
4 Sentyabr 2023 16:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
1 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay rayonunda fəaliyyət göstərən 16 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Gülməmmədov Rəhim Lazım oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 27a |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Abbas Əli oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abbasov küç., məhəllə 5057 |
İnzibati protokol tərtib edilib |
|
|
Çıraqov Məmməd Turab oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Şükürov Adil Arif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Rəhim Xudaverdi oğlu |
Binəqədi rayonu, 8 mkr, N.Nərimanov küçəsi 81 |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev İsmayıl Abdulla oğlu |
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Paşayev Şəfəq Şərif oğlu |
Sabunçu rayonu, Zabrat şosesi, “Şınıx” ət dükanı |
İnzibati protokol tərtib edilib |
|
|
Rəhimov Qədir Rəhim oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Mahmudov Akim Şəmisdan oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev Səyyaf Səhrad oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə |
İnzibati protokol tərtib edilib |
|
|
Qənbərov Elgiz Elşən oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi 450 |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov İlham Əsgər oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi |
İnzibati protokol tərtib edilib |
|
Göyçay rayonu üzrə |
|||
|
|
Hüseynov Orxan |
“Təzə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
|
Cəfərov Arif |
“Təzə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədrəhimov Arif |
“Təzə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
|
|
Səfərov Azər |
“Təzə Bazar” ərazisi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş