Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
13 Sentyabr 2023 12:12

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
12 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Masallı rayonlarında fəaliyyət göstərən 11 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Vəliyev Şaiq Miriş oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 102 |
İnzibati protokol tərtib edilib |
|
Şirinov Şirin Siyasət oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 124 |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Vəli Zahid oğlu |
Səbail rayonu, E.Əzizov küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
Muradov Eldar Əmiraslan oğlu |
Səbail rayonu, 20-ci sahə dairəsi |
İnzibati protokol tərtib edilib |
|
Quliyev Habil Ərşad oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Quliyev İkram Nizami oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
Ağakişiyev Elşad Lətif oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Vəliyev Şaiq Miriş oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 102 |
İnzibati protokol tərtib edilib |
|
Şirinov Şirin Siyasət oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 124 |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Əliyev Rafət Fedruz oğlu |
Lənkəran rayonu, Şağlaser kəndi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
Dadaşov Bürhan Abdul oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.