Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
19 Sentyabr 2023 11:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
18 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şəmkir, Ağcabədi rayonlarında fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa olunan qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Çıraqov Məzahir Yapon oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Rəhimov AsimYasin oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Novruzov Əlixan Ələmşah oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Abbas Əli oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Gülməmmədov Rahim Lazım oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
İbrahimov Qələmşah İbrahim oğlu |
Saray qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilən qurğular sökülüb |
|
Şəmkir rayonu üzrə |
|||
|
|
Quliyev Vüsal Mayıl oğlu |
Düyərli kəndi |
İnzibati protokol tərtib edilib |
|
Ağcabədi rayonu üzrə |
|||
|
|
Əbilov Əvəz Atakişi oğlu |
Ağcabədi şəhəri, H.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İbadov Mobil İldırım oğlu |
Ağcabədi şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Süleymanov Səxavət İsa oğlu |
Ağcabədi şəhəri, N.Abdullayev küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
“Şəki” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, fərdi sahibkar Abdulkərimov Fərahim Yavər oğluna məxsus “Şəki” kafesində yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
“Sahib” şadlıq evində nöqsanlar aşkarlanıb
Neftçala şəhəri, Xol Qarabucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Sakit Həmid oğluna məxsus “Sahib” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Nöqsanlarla əlaqədar şadlıq evinin qida blokunda işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub, sahibi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
“Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib. İstehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub. Baxış zamanı müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş