Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
27 May 2024 12:12

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 20-24 may tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, Lənkəran, Ağcabədi, Şəki rayonlarında fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Mirzəyev Samir Məmməd oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 343 |
İnzibati protokol tərtib edilib |
2. |
Quliyev Abbas Əli oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Quliyev İlkin Mədər oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi |
İnzibati protokol tərtib edilib |
4. |
Əliyev İsrafil Ələkbər oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 10A |
İnzibati protokol tərtib edilib |
5. |
Səfərov Şahmar Əhməd oğlu |
Nizami rayonu, Babək küçəsi 111A |
İnzibati protokol tərtib edilib |
6. |
Hüseynov Şahəddin Aydın oğlu |
Nizami rayonu, Babək prospekti 85 |
İnzibati protokol tərtib edilib |
7. |
Bəşirov İlham Hüseynağa oğlu |
Nizami rayonu, R.Rüstəmov küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
8. |
Balakişiyev Süleyman Əsəd oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 |
İnzibati protokol tərtib edilib |
9. |
Quliyev Faiq Akif oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 180B |
İnzibati protokol tərtib edilib |
10. |
Yusubov Vüqar Elbrus oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 20 |
İnzibati protokol tərtib edilib |
11. |
Bəylərov Pənah Əmir oğlu |
Nizami rayonu, Q.Qarayev 102 |
İnzibati protokol tərtib edilib |
12. |
İsfəndiyarov Pərvin Sədrəddin oğlu |
Nizami rayonu, Q.Qarayev prospekti 126 |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
13. |
Quliyev Amil Valeh oğlu |
Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
14. |
Qarayev Ceyhun Şahin oğlu |
Xırdalan şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
15. |
Salıhov Adil Hüseynbala oğlu |
Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
Şamaxı rayonu üzrə |
|||
16. |
İbrahimov Seymur Nifdulla oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
17. |
Səfərov Balasət Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
18. |
Kazımzadə Xalid Fuad oğlu |
Şiləvar kəndi |
İnzibati protokol tərtib edilib |
Ağcabədi rayonu üzrə |
|||
19. |
İbadov Mobil İldırım oğlu |
Ağcabədi şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
20. |
Xasıyev Elçin Əlzamin oğlu |
Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib |
Şəki rayonu üzrə |
|||
21. |
Aydəmirov Aydəmir Cuma oğlu |
Şəki şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər

Bərdədə “Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Behbudov Rəşad Yaşar oğluna məxsus “Ay Pizza” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda qida məhsullarının saxlanma temperaturuna əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı yararlılıq müddəti bitmiş zeytun yağı, meyvə şirəsi və müxtəlif çeşiddə şirniyyat, həmçinin Azərbaycan dilində etiket məlumatı olmayan xurma və balıq konservi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən, Möhsümzadə Nicat Oktay oğluna məxsus “Nicat” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.