Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 Aprel 2024 17:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 23 aprel tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Xaçmaz, İsmayıllı, Lənkəran, Şəki, Zaqatala rayonlarında fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 21 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Səlimov Polad İsmayıl oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
2. |
Orucov Ariz Çingiz oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Əliyev Ramin Rafiq oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
4. |
Şahməmmədov Ədalət Məmməd oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
5. |
Ağayev Fikrət Barat oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Hüseynov Elbrus Şahlar oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, bazarın girişi |
İnzibati protokol tərtib edilib |
|
7. |
Quliyev Habil Ərşad oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Qasımov İsrafil Məzahir oğlu |
Xətai rayonu, Ə.A.Şıxlinski küçəsi 1A, Neapol dairəsi |
İnzibati protokol tərtib edilib |
|
9. |
İmaməliyev Elmar Ağamalı oğlu |
Xətai rayonu, S.A.Mehmandarov küçəsi 72 |
İnzibati protokol tərtib edilib |
|
10. |
Həsənov Faiq Velş oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
|
11. |
Rüstəmov Rüstəm Sədaqət oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 16 |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
12. |
Haqverdiyev Haqverdi Adil oğlu |
Masazır qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
13. |
Əlvəndov Şirin Qarakişi oğlu |
Masazır qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
14. |
Məmmədov Rauf Valeh oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
İsmayıllı rayonu üzrə |
|||
|
15. |
Zülfiqarov Anar Valeh oğlu |
Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
Quliyev Tural Ramiz oğlu |
Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran rayonu üzrə |
|||
|
17. |
Şiriyev İlqar Paşa oğlu |
İstisu qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Şəki rayonu üzrə |
|||
|
18. |
Hüseynov Kamran Fikrət oğlu |
Şəki şəhəri, M.F.Axundov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Zaqatala rayonu üzrə |
|||
|
19. |
Muradov Elçin Rafiq oğlu |
V.İsmayılov küçəsi 44 |
İnzibati protokol tərtib edilib |
|
20. |
Süleymanov Sərxan Etiqad oğlu |
V.İsmayılov küçəsi 44 |
İnzibati protokol tərtib edilib |
|
21. |
Muradov Murad Muhiddin oğlu |
V.İsmayılov küçəsi 44 |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Giriş