Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 İyul 2024 17:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
15-19 iyul 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, Lənkəran, Masallı və Şirvan rayonları üzrə fəaliyyət göstərən 26 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar inzibati tədbirlər görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Xanəliyev Rəşad Firəddin oğlu |
Xətai rayonu, Babək prospekti 56 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Mehdiyev Xaliq Baloğlan oğlu |
Xətai rayonu, Qacaq Nəbi küçəsi 2 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Mustafayev Bəhruz Eldar oğlu |
Xətai rayonu,Telnov küçəsi 19 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Məmmədov Sumbat Eyyub oğlu |
Xətai rayonu,Telnov küçəsi 19 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Mirzəyev Elvin Novruz oğlu |
Xəzər rayonu, Buzovna qəsəbəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Əliyev Rafiq Əliverdi oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbad Ağa küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Bədrəddinov Turan Feyruz oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Mahmudov Şahin Vaqif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Beydiyev Əkbər Kamran oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 24A |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Quliyev Arif Vaqif oğlu |
Binəqədi rayonu, 8-ci mikrorayon, İ.P.Dadaşov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Quliyev Eldəniz Şura oğlu |
Binəqədi rayonu, S.S.Axundov küçəsi 185b |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Həsənov Neymət Xudaverdi oğlu |
Binəqədi rayonu, Nizami Nərimanov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Mehdiyev Nüsrət Xıdır oğlu |
Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Cəfərov Rafiq Misirxan oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Cabbarov İlqar Müzəffər oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Novruzov Ehtiram Rəhman oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 21 |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Novruzov Tərxan Rəhman oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Şükürov Ceyhun Fuad oğlu |
Sabunçu rayonu, Zabrat qəsəbəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Həsənov Vahid Əlizaib oğlu |
Binəqədi rayonu, Binəqədi küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
İsayev Ramil Ələkbər oğlu |
Binəqədi rayonu, Binəqədi kəndi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Əliyev Cəlal Alyoşa oğlu |
Binəqədi rayonu, Binəqədi kəndi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Məmmədov Aydın Ərşad oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
Lənkəran rayonu üzrə |
|||
|
|
Əhmədov Ramin Firudin oğlu |
Lənkəran rayonu, Şiləvar yolu, Ələt-Astara magistralı |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
Masallı rayonu üzrə |
|||
|
|
Səfərov Balasət Rəhim oğlu |
Masallı rayonu, 20 yanvar küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
|
Kazımov Möhsüm Faiq oğlu |
Masallı rayonu, 20 yanvar küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
|
Şirvan rayonu üzrə |
|||
|
|
Səfərov İntiqam Şahbala oğlu |
Şirvan şəhəri, T. Ələkbərov küçəsi |
İnzibati xəta haqqında protokol tərtib edilmişdir. |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş