Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
27 Fevral 2024 10:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 19-23 fevral tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Bərdə, Ağcabədi, Tovuz, Xaçmaz rayonları üzrə fəaliyyət göstərən 15 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Orucov Çingiz Əlövsət oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alcanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Eyvazov Ariz Kərəm oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Rəhimov Zaur Əhəd oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı rayonu üzrə |
|||
|
4. |
Rəhimov Elçin Rafiq oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
5. |
İbrahimov Seymur Nifdulla oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Bərdə rayonu üzrə |
|||
|
6. |
İsmayılov Rəhman Maarif oğlu |
Qazqurdalı kəndi |
İnzibati protokol tərtib edilib |
|
7. |
Ağayev Vahid Məhəmməd oğlu |
Mirzalıbəyli kəndi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Dadaşov Tacir Cəmşid oğlu |
Mirzalıbəyli kəndi |
İnzibati protokol tərtib edilib |
|
Ağcabədi rayonu üzrə |
|||
|
9. |
Səmədov Soltan Səlim oğlu |
Ü.Hacıbəyov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Mamedov Ceyhun Qurban oğlu |
Ağcabədi şəhəri, H.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
11. |
Bağırov Bəhruz Telman oğlu |
Alakol kəndi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Əkbərov Zöhrab Yusifəli oğlu |
Alakol kəndi |
İnzibati protokol tərtib edilib |
|
13. |
Zeynalov Mərdan Bahadur oğlu |
İbrahimhacılı kəndi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
14. |
Babaşev Rəhim Bağır oğlu |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Fərzəliyev Rəsul Salami oğlu |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş