Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
7 İyun 2023 17:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
5-6 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəmkir, Xaçmaz, İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Nəzərov Nüsrət Mirzə oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 2 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa olunmuş qurğular sökülüb |
|
2. |
Əliyev Habil Oruc oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 11A |
İnzibati protokol tərtib edilib |
|
3. |
Paşayev Mayıl Hökməli oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
4. |
Hüseynov Azad Musabala oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi 155 |
İnzibati protokol tərtib edilib |
|
5. |
Abdullayev Elbay Araz oğlu |
Xətai rayonu, Ç.Kərimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Qasımov Kamil Musa oğlu |
Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 185B |
İnzibati protokol tərtib edilib |
|
7. |
Rəhimov Şükür Altay oğlu |
Binəqədi rayonu, 7-ci mkr, A.Kunanbəyov küçəsi 278 |
İnzibati protokol tərtib edilib |
|
8. |
İbrahimov Aqil Yaqub oğlu |
Xətai rayonu, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
9. |
İmanov Samir Pariş oğlu |
Xətai rayonu, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Süleymanov Emin Ehtiram oğlu |
Xətai rayonu, X.Əzizov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Kərimov Namiq Kərim oğlu |
Xətai rayonu, Cavanşir küçəsi 57 |
İnzibati protokol tərtib edilib |
|
12. |
Kərimov Sehliman Kərim oğlu |
Xətai rayonu, Cavanşir küçəsi 47 |
İnzibati protokol tərtib edilib |
|
13. |
Qafarov Əlisahib İdman oğlu |
Xətai rayonu, Cavanşir küçəsi 49 |
İnzibati protokol tərtib edilib |
|
Şəmkir rayonu üzrə |
|||
|
14. |
Bəndəliyev Sənan Fariz oğlu |
Şəmkir şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Səfərov Rəşid Vahid oğlu |
Şəmkir şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
Əhmədov İsmixan Arif oğlu |
Sabirkənd kəndi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
17. |
Əhmədov Murad Hakim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
18. |
Seyidov Zaur Buludxan oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
19. |
Mehrəliyev Məclum Gülmurad oğlu |
Quba yolu |
İnzibati protokol tərtib edilib |
|
İsmayıllı rayonu üzrə |
|||
|
20. |
Abdullayev Qabil Qədir oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
21. |
Zeynalov Malik Mustafa oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş