Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
8 İyul 2024 15:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 1-5 iyul tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Şamaxı, Qazax, Tovuz rayonlarında fəaliyyət göstərən 41 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Ağasiyev Hafiz Ağahüseyn oğlu |
Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İsmayılov Orxan Ramiz oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 78 |
İnzibati protokol tərtib edilib |
|
|
Bağırov Barat Cəlal oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunisof küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov Arzu Yusif oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
|
|
Səlimov Polad İsmayıl oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 242 |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Bəşir Qardaşxan oğlu |
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov və M.Fətəliyev küçələrinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
|
|
Allahverdiyev Elçin Səfər oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov İlham Əsgər oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Polad Mürsəl oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimov Kamran Qurban oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Haley Əli oğlu |
Sabunçu rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Qədim Qədir oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, A.Əlizadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Balaoğlanov Həmid Bəybala oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, A.Əlizadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Əlifyar Fətəli oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Tağızadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Anar Sərhəddin oğlu |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ə.Məlikov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əlişov İsmayıl İsgəndər oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Müşviq Abbas oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Soltanbəyli Rəşad Şahin oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Eyvazov küçəsi 20 |
İnzibati protokol tərtib edilib |
|
|
Atakişiyev Elşad Lətif oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Habil Ərşad oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Nadir Hüsü oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Şahverdiyev Şəhriyar Umudvar oğlu |
Qaradağ rayonu, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Mirzəzadə Rauf Şahin oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Şahverdiyev Ərəstun Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Mehralıyev Şahməmməd Şahin oğlu |
Nizami rayonu, Q.Qarayev pr., Ə.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Qasımzadə Coşqun Qardaşxan oğlu |
Nizami rayonu, Özbəkistan küçəsi 6 |
İnzibati protokol tərtib edilib |
|
|
Tağıyev Adil Fərhad oğlu |
Nizami rayonu, Çobanzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Nizami Bəxtiyar oğlu |
Nizami rayonu, K.Balakişiyev küçəsi 61 |
İnzibati protokol tərtib edilib |
|
|
Əmrahov İntiqam Qanboy oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 77 |
İnzibati protokol tərtib edilib |
|
|
Şirəliyev Şirxan Cilovxan oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 30 |
İnzibati protokol tərtib edilib |
|
|
Əsədov Rasim Həsən oğlu |
Xəzər rayonu, Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Qarayev Tərlan Yaşar oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Vüqar Mahmud oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Musayev Hacı Əvəz oğlu |
Xəzər rayonu, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Behbudov Tərxan Yusif oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Zakir İsmayıl oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Nəbiyev Əflan Zakir oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Sumqayıt şəhəri üzrə |
|||
|
|
İbrahimov Şahin Nazir oğlu |
H.Z.Tağıyev qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı şəhəri üzrə |
|||
|
|
Kərimov Elşad Arif oğlu |
N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Qazax rayonu üzrə |
|||
|
|
Əfəndiyev Mahir Məhəmməd oğlu |
N.Nərimanov qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
|
Sadıqov Anar Qədi oğlu |
Qovlar şəhəri, Vağzal küçəsi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Dövlət Proqramı: Qida zəncirinə nəzarətdə rəqəmsal inteqrasiya və süni intellektdən istifadə genişləndiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Proqramın 6.1.8-ci – “Qida zəncirinə nəzarət sahəsində innovativ üsulların tətbiqinin genişləndirilməsi” prioritet istiqaməti üzrə Agentliyin və digər dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi, rəqəmsal həllərin tətbiqinin təkmilləşdirilməsi planlaşdırılır. Tədbirlər Planına əsasən, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi qida təhlükəsizliyi ilə bağlı tədbirlərin daha operativ həyata keçirilməsinə imkan yaradacaq. Eyni zamanda, AQTİS-in müvafiq altsistemlərinin təkmilləşdirilməsi, o cümlədən heyvan sağlamlığı üzrə elektron hesabatlılıq və xəritələşmə imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Dövlət Proqramının yeniliklərindən biri də qida zəncirinin bütün mərhələlərində – istehsal, emal, daşınma və satışa qədər müasir texnologiyaların tətbiqinə başlanılmasıdır. Pilot layihə çərçivəsində 50 qida subyektinin vahid izlənilməyə dair proqram təminatına qoşulması təmin ediləcək. Bununla yanaşı, qida obyektlərində məhsulların izlənilməsi üçün müasir texnologiyalardan istifadənin vacibliyi barədə məlumatlandırma aparılacaq və onların tətbiqinin təşviqi genişləndiriləcək. Bundan əlavə, Tədbirlər Planının 6.1.8.3.7-ci bəndinə əsasən, qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modelinin tətbiqi nəzərdə tutulur. Beləliklə, Dövlət Proqramı qida zəncirinə nəzarətdə informasiya sistemlərinin inteqrasiyasını, izlənilmə imkanlarının genişləndirilməsini və innovativ texnologiyalardan istifadənin təşviqini vahid rəqəmsal yanaşma çərçivəsində birləşdirir.
“Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib. Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, dövlət başçısının 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” Qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır. Məcnun Məmmədov diqqətə çatdırıb ki, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmləri də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırılıb. Yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib. Toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir. AQTA sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni Qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu FAO ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsinin modernləşdirilməsinə, regionda ilk dəfə olaraq toxumluq əkin sahələrinin aprobasiyası prosesinin rəqəmsallaşdırılmasına, həmçinin Xankəndidə müasir tələblərə cavab verən laboratoriya şəbəkəsinin qurulmasına metodoloji dəstək göstərildiyini bildirib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, aqrar sahəyə dair yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın əlavə dəyərin və ixracyönümlülüyün artırılması, rəqəmsallaşma və insan kapitalının inkişafı əsas məqsəd kimi qarşıya qoyulub. Konfrans işini panel sessiyalarla davam etdirib. Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.
Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, sahibkar Namazov Saleh Əliş oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Giriş