Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
11 Oktyabr 2023 16:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
9-10 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron, Şamaxı, Lənkəran, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Məmmədov Fazil Canəli oğlu |
Binəqədi rayonu, Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
2. |
Məmmədov Kamil Taryel oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Məmmədov Vaqif Ağanəzər oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
4. |
Məmmədov Ramin Nazim oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
5. |
Nağıyev Sabit Malik oğlu |
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Sumqayıt şəhəri üzrə |
|||
|
6. |
Təhməzov Sənan Azər oğlu |
17-ci mikrorayon |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
7. |
Məmmədov Müsalim Əli oğlu |
Xırdalan şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
8. |
Quliyev Amil Valeh oğlu |
Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
9. |
İsmayılov Fikrət Ələmdar oğlu |
Xırdalan şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı rayonu üzrə |
|||
|
10. |
Rəhimov Elçin Rafiq oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran rayonu üzrə |
|||
|
11. |
Əhmədov Ramin Firudin oğlu |
Digah kəndi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Şükürov Şahin İnşallah oğlu |
Digah kəndi, Ələt-Astara magistralı |
İnzibati protokol tərtib edilib |
|
İmişli rayonu üzrə |
|||
|
13. |
Astanov Cahid Tahir oğlu |
Q. İsmayılzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Rüstəmov Şahmirzə Azay oğlu |
Q. İsmayılzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
15. |
Rzayev Abbas Sabir oğlu |
Tovuz şəhəri, M.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
Nağıyev Əliş Mikayıl oğlu |
Tovuz şəhəri, M.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
17. |
Mehdiyev Coşqun Fərhad oğlu |
Qovlar şəhəri |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Oxşar xəbərlər
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş