Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
24 Sentyabr 2024 16:58
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
16-20 sentyabr 2024-cü il tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri və Abşeron, İsmayıllı, Lənkəran, Bərdə, Tərtər rayonlarında fəaliyyət göstərən 23 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
İmanov Elçin Mədət oğlu |
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
|
|
Yarıyev Nihad Abasqulu oğlu |
Nərimanov rayonu, Ə.Əliyev küçəsi 326a |
İnzibati protokol tərtib edilib |
|
|
Zaidov Zabit Telman oğlu |
Nərimanov rayonu, İ.Dadaşov küçəsi 52 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Əzməmməd Məmməd oğlu |
Nərimanov rayonu, Atatürk prospekti 41 |
İnzibati protokol tərtib edilib |
|
|
Axundov Pərviz Fikrət oğlu |
Nərimanov rayonu, F.X.Xoyski prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Abdulxalıqov Qurban Asif oğlu |
Binəqdi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
İmanov Şahin Saboş oğlu |
Nərimanov rayonu, İ.Dadaşov küçəsi 52 |
İnzibati protokol tərtib edilib |
|
|
Şahgərdiyev Yaşar Bəxtiyar oğlu |
Nərimanov rayonu, M.Əlizadə küçəsi 22 |
İnzibati protokol tərtib edilib |
|
Sumqayıt şəhəri üzrə |
|||
|
|
Almuradov Almurad Məhəmməd oğlu |
32-ci məhəllə, Karvan Ticarət Mərkəzi |
İnzibati protokol tərtib edilib |
|
Mingəçevir şəhəri üzrə |
|||
|
|
Qorçuyev Vəli Ənvər oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Quluyev İlqar Hilal oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Şəki şəhəri üzrə |
|||
|
|
Məmmədov Sadiq Ulçar oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Hüseynov Elxan İsa oğlu |
Masazır kəndi, Q.Nəbi küçəsi |
İnzibati protokol tərtib edilib |
|
İsmayıllı rayonu üzrə |
|||
|
|
Zülfiqarov Anar Valeh oğlu |
Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran rayonu üzrə |
|||
|
|
Qurbanov İsrafil Mütəllim oğlu |
Şürük kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Xəlilov Arzu Xankişi oğlu |
Separadi kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Elşən İsa oğlu |
Vilvan kəndi |
İnzibati protokol tərtib edilib |
|
Bərdə rayonu üzrə |
|||
|
|
Hüseynov Eldəniz Salman oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
İsmayılov Rəhman Maarif oğlu |
Şirvanlı kəndi |
İnzibati protokol tərtib edilib |
|
|
Bayramov Mətləb Məti oğlu |
Bərdə-Tərtər yolu |
İnzibati protokol tərtib edilib |
|
|
Nadirov Orxan Asif oğlu |
Koroğlu küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Cəfərov Zahir Rafiq oğlu |
Bakı küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Tərtər rayonu üzrə |
|||
|
|
Əliyev Asif Hüseyn oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş