Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
30 Avqust 2022 16:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
29 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 24 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
1. |
Mirzəyev Elcan Şahhüseyn oğlu |
Bakı şəhəri, Binəqədi rayonu |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
2. |
Rzayev Etimad Teyfur oğlu |
Bakı şəhəri, Binəqədi rayonu |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
3. |
Abdullayev Yasin Hüseyn oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 40/94 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
4. |
Pəniyev Sərdar Eldar oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 333 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
5. |
Həsənov Əlizamin Zakir oğlu |
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 81 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
6. |
Aslanov Emin Aslan oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
7. |
Nəcəfov Nəcəf Baxşeyiş oğlu |
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 42 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
8. |
Həsənov Şamil Şəfa oğlu |
Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
9. |
Ağayev Elvin Elxan oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi 11 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
10. |
Cəfərov Fərid İsmət oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, G. Ramazanov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
11. |
Rzaquliyev Murad Cəfərqulu oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/20 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
12. |
Mehdiyev Səbuhi Arif oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
13. |
Məmmədov Habil İbrahim oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 27 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
14. |
Babayev Qorxmaz İldırım oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 25 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
15. |
Mirzəyev Ramil |
Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbaliyev küçəsi 46 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
16. |
Quliyev Cabir |
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
17. |
Həsənov Nurəli |
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
18. |
Mustafayev Qadir |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
19. |
Yusifov Şamil |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
20. |
Mamedov Ceyhun |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
21. |
Sadiqov Savalan |
Ağcabədi rayonu, Hüsülü küçəsi |
İnzibati protokol tərtib edilib |
|
22. |
Hüseynov İslam |
Ağcabədi rayonu, Hüsülü küçəsi |
İnzibati protokol tərtib edilib |
|
23. |
Mirzəliyev Arif Alməmməd oğlu |
Tovuz şəhəri, M. Musayev küç., “Nəsimi” firmasına məxsus bazar |
İnzibati protokol tərtib edilib |
|
24. |
Məmmədov Habil Cəmil oğlu |
Tovuz şəhəri, M.Musayev küç., “Nəsimi” firmasına məxsus bazar |
İnzibati protokol tərtib edilib |
|
25. |
İsmayılov Elman Qalib oğlu |
Tovuz rayonu, Əlibəyli kəndi |
İnzibati protokol tərtib edilib |
|
26. |
Əsgərov Faiq Afiq oğlu |
Gəncə şəhəri, Atabəylər küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
27. |
Hümbətov İlqar Nurəddin oğlu |
Gəncə şəhəri, Nəriman Nərimanov prospekti |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
28. |
Ramazanov Rövşən Salman oğlu |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
29. |
Sadıqov Pərviz Aydın oğlu |
Gəncə şəhəri, Təbriz küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
30. |
Mövlayev Elman Kərim oğlu |
Gəncə şəhəri, Ruzigar Qasımov küçəsi 85 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
31. |
İbrahimov Ramil Famil oğlu |
Bərdə şəhəri, Bakı küçəsi |
İnzibati protokol tərtib edilib |
|
32. |
Ağayev Rifaq Sabir oğlu |
Xaçmaz rayonu, Nərəcan kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
33. |
Manafov Cavid Gülməmməd oğlu |
Xaçmaz rayonu, Çinartala kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Giriş