Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
6 Dekabr 2022 15:22
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2-5 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şirvan, Goranboy, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 22 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə kəsim qurğuları sökülüb, 17 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Mustafayev Nazim Nüsrət oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 8 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
2. |
Rüstəmov Rüstəm Sədaqət oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 16 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Nəzərov Əvəz Ağaxan oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
4. |
Süleymanov Fərəc Bayram oğlu |
Xətai rayonu, Gəncə prospekti 82 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
5. |
Əhmədov Bəhruz Əbülfəz oğlu |
Xətai rayonu, Gəncə prospekti 67 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
6. |
Cümşüdov Seymur Məhəmmədəli oğlu |
Xətai rayonu, Gəncə prospekti |
İnzibati protokol tərtib edilib |
|
7. |
Tamlı Nurlan Vüqar oğlu |
Xətai rayonu, S.Mehmandarov küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
|
8. |
Eyvazov İbrahim Elşən oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
9. |
Quliyev Elmir Əhliman oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
10. |
Heydərov Ramin İmran oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 17 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
11. |
Abbasov Gəncəli Bəndalı oğlu |
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məh. 4042/60 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
12. |
Pənəliyev Tehran Novruz oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
13. |
Hacıyev Şəmsi Əliheydər oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
14. |
İbrahimov Asif Kamal oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
15. |
Ağayev Əkbər Allahverdi oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
16. |
Laçınov Malik Tahir oğlu |
Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
17. |
Dərdayılov Rəfail İntiqam oğlu |
Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
18. |
Əliyev Dəyanət Rza oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 161 |
İnzibati protokol tərtib edilib |
|
19. |
Həsənov Fariz Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi |
İnzibati protokol tərtib edilib |
|
20. |
Hüseynov Hacı Nəcəf oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Şirvan rayonu üzrə |
|||
|
21. |
Səfərov Azər Salam oğlu |
Şirvan şəhəri, 1 May küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
22. |
Qələndərov Xəyal Nemət oğlu |
Şirvan şəhəri, 1 May küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
23.
|
Cümşüdov Sahib Məhərrəm oğlu |
Şirvan şəhəri, 1 May küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
24. |
Abıyev Fərid Famil oğlu |
Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Xaçmaz rayonu üzrə |
|||
|
25. |
Almazov Şıxsəddin Şəmsəddin oğlu |
Yergüc kəndi |
İnzibati protokol tərtib edilib |
|
26. |
Mehrəliyev Məclum Gülmurad oğlu |
Quba yolu |
İnzibati protokol tərtib edilib |
|
Goranboy rayonu üzrə |
|||
|
27. |
Əmiraslanov Zaur Səhrab oğlu |
V.Bayramov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Narşərab emalı müəssisəsində yoxlama keçirilib
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərli Anar Həbib oğluna məxsus narşərab emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Müəssisədə emal edilən “Miraj” əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin “Miraj” əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Salyanda “Aystore” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Bakı-Astara yolu 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Bahar Ağasəf qızına məxsus “Aystore” marketdə yoxlama keçirib. İctimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir.
Gəncədə fəaliyyət göstərən “Kəpəz-Bazar” ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Bazarın daxilində yerləşən ticarət yerlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisənin hüquqi nümayəndəsi barədə inzibati pr
Giriş