Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
7 Dekabr 2022 17:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
6 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz, Şəki, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə kəsim qurğuları sökülüb, 11 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Heydərov Fəxrəddin Nağdəli oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 83 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
2. |
Məsimov Mürsəl Həsənağa oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 71 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Abdullayev Samir Tofiq oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 71 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
4. |
Əmirov Rauf Sərbər oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
5. |
İsmayılov Vüsal Mənsim oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
6. |
Hüseynov Elşən Qeys oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
7. |
Dəmirov Hikmət Fətiş oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 197 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
8. |
Balışov Bəhram Mehman oğlu |
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
9. |
Abdullayev Nicat Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi 108 |
İnzibati protokol tərtib edilib |
|
10. |
Abdullayev Nicat Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəs, R.Cəfərov küçəsi ilə H.Hasilov küçəsinin kəsişməsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
11. |
Balakişiyev İlham Sərxoş oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
12. |
Quliyev Rauf Əşir oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 2/3 |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
13. |
Əkbərov Zöhrab Yusifəli oğlu |
Alakol kəndi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Bağırov Cavad Bəhruz oğlu |
Alakol kəndi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
15. |
Mehrəliyev Məclum Gülmurad oğlu |
Xaçmaz şəhəri, Quba yolu |
İnzibati protokol tərtib edilib |
|
16. |
Əhmədov Əzim Bəhruz oğlu |
Nərəcan kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
17. |
Qasımov Ənvər Əmirşah oğlu |
Quba yolu |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Şəki rayonu üzrə |
|||
|
18. |
Söyünov Kamran Fikrət oğlu |
Şəki şəhəri, M.F.Axundov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş