Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
18 Oktyabr 2024 11:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 14-17 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Goranboy rayonlarında fəaliyyət göstərən 26 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Nəsirov İlham Şamil oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev İqbal İlham oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Quliyev Şaiq Vəlixan oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Xəlilov İsrafil Fərrux oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Allahverdiyev Rahib Sadiq oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev İlqar Hacıbala oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Ağayev Mehti Zülfü oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, F.Aydınov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Ağayev Famil Ərəb oğlu |
Xəzər rayonu, Binə qəsəbəsi, H.Hasilov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Araz Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məlikov Arif Yaşar oğlu |
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Cəbrayılov Əli Zaur oğlu |
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Məmmədəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Şakir Əli oğlu |
Sabunçu rayonu, Sabunçu qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Xasməmmədov Vəkil Əliağa oğlu |
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əsgərov Alim Səttar oğlu |
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev Seymur Fərəc oğlu |
Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Abdullayev Bəhruz Həsən oğlu |
Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov İlham Əsgər oğlu |
Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Vəliyev Niyaməddin Telman oğlu |
Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əzizli Məmmədağa Əziz oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 170 |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Şöhrət Xəlil oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 12 |
İnzibati protokol tərtib edilib |
|
|
Pəniyev Sərvər Mövsüm oğlu |
Nizami rayonu, İ.Məmmədov küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
|
|
Hacıyev Elşən Hacı oğlu |
Nizami rayonu, Q.Qarayev prospekti 125 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Mirsevən Möhübbət oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Alışov Pərviz Ağaverdi oğlu |
Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Tapdıq Zeynalabdin oğlu |
Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi |
İnzibati protokol tərtib edilib |
|
Goranboy rayonu üzrə |
|||
|
|
Əmrahov Azər Telman oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
Giriş