Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
13 Aprel 2023 12:48

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
12 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, İsmayıllı, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 7 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Xanaliyev Hafis Hamlet oğlu |
Xətai rayonu, Gəncə prospekti |
İnzibati protokol tərtib edilib |
2. |
Həşimov Fərhad Babalar oğlu |
Xətai rayonu, Vunqtau küçəsi |
İnzibati protokol tərtib edilib |
3. |
Cabbarov Valeh Rəhbər oğlu |
Xətai rayonu, M.Hadi küçəsi 73 |
İnzibati protokol tərtib edilib |
4. |
Əliyev Şahin Eyyub oğlu |
Xətai rayonu, Gəncə prospekti |
İnzibati protokol tərtib edilib |
5. |
Səfərov Yasin Yaşar oğlu |
Xətai rayonu, Gəncə prospekti |
İnzibati protokol tərtib edilib |
6. |
Quliyev Rauf Çingiz oğlu |
Binəqədi rayonu, Mədən küçəsi 1 |
İnzibati protokol tərtib edilib |
7. |
Məmmədov Etibar Məhəmməd oğlu |
Binəqədi rayonu, Mədən küçəsi 43 |
İnzibati protokol tərtib edilib |
8. |
Məmmədov Gəncəli Zakir oğlu |
Binəqədi rayonu, Mərkəzi küçəsi |
İnzibati protokol tərtib edilib |
9. |
Əliyev Cəlal Əlyuşə oğlu |
Binəqədi rayonu, Mərkəzi küçəsi |
İnzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
10. |
Şükürov Hikmət Yusif oğlu |
Saray qəsəbəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
11. |
Əsədov Zülfüqar Rafiq oğlu |
Saray qəsəbəsi, H.Əliyev küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
12. |
İbrahimov İbrahim Qələmşah oğlu |
Saray qəsəbəsi, H.Əliyev küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
13. |
İbrahimov Qələmşah İbrahim oğlu |
Saray qəsəbəsi, V.Axundov küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
14. |
Quliyev Nadir Əbülfət oğlu |
Saray qəsəbəsi, M.Müşviq küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
15. |
Hüseynli Səddam Təvəkkül oğlu |
Saray qəsəbəsi, Ş.Nəcəfov küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
16. |
Təhməzov Kənan Azər oğlu |
Saray qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
İsmayıllı rayonu üzrə |
|||
17. |
Abdullayev Elsevər Rantik oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
18. |
Zülfiqarov Anar Valeh oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
19. |
Adəmzadə Həsən Mehman oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.