Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2 Dekabr 2024 16:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 25-29 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tərtər, Cəlilabad rayonlarında fəaliyyət göstərən 30 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır.
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
Abbasov Rabil Əlipaşa oğlu |
Xətai rayonu, M.Rüstəmov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Mirzəyev Atamoğlan Baloğlan oğlu |
Xətai rayonu, M.Rüstəmov küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
|
|
Nəcəfov Fərid Kəramət oğlu |
Xətai rayonu, Telnov küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
|
|
Mustafayev Bəhruz Eldar oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Hafiz Sumbat oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Kənan Rəşid oğlu |
Xətai rayonu, Telnov küçəsi 19 |
İnzibati protokol tərtib edilib |
|
|
Zeynalov İlqar Xanlar oğlu |
Xətai rayonu, R.Quliyev küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
|
Kərimov Səhliman Kərim oğlu |
Xətai rayonu, Cavanşir küçəsi 15 |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimov Adil Yaqub oğlu |
Xətai rayonu, Cavanşir və R.Quliyev küçələrinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Elxan Bayraməli oğlu |
Xətai rayonu, G.Şıxlinski küçəsi 37 |
İnzibati protokol tərtib edilib |
|
|
Qədirov Hüseyn Nadir oğlu |
Xətai rayonu, G.Şıxlinski küçəsi 39A |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Faiq Vəliş oğlu |
Xətai rayonu, İ.İsmayılov küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov Canəli Şəfa oğlu |
Nəsimi rayonu, D.Əliyeva küçəsi 243 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmişov Vicay Abbas oğlu |
Nəsimi rayonu, İ.Həmidov küçəsi 3 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Natiq İsa oğlu |
Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 125 |
İnzibati protokol tərtib edilib |
|
|
Şükürov Nicat Hümbət oğlu |
Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 33 |
İnzibati protokol tərtib edilib |
|
|
Qurbanov Xəqani Əli oğlu |
Nəsimi rayonu, A.Mustafayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Cavadov Aydın Elşən oğlu |
Nəsimi rayonu, A.Mustafayev küçəsi 39 |
İnzibati protokol tərtib edilib |
|
|
Əmirxanlı Aslan Həsən oğlu |
Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 31 |
İnzibati protokol tərtib edilib |
|
|
Lillahov Rüstəm Niyazi oğlu |
Nəsimi rayonu, 20 Yanvar küçəsi 9 |
İnzibati protokol tərtib edilib |
|
Tərtər rayonu üzrə |
|||
|
|
Behbudov Azər Balaca oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Alışanlı Sadiq İlyas oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimli İbrahim İlqar oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Əliyev Asif Hüseyn oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Aslanov Murad Anar oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Elşən Oruc oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədzadə Vüsal İlham oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Eldar İsa oğlu |
Tərtər rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Cəlilabad rayonu üzrə |
|||
|
|
Qasımov Zülfüqar Allahverdi oğlu |
Cəlilabad rayonu, Qurtuluş küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Hüseynov Məlik Savad oğlu |
Cəlilabad rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Giriş