Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
22 Aprel 2025 09:27
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 14-18 aprel tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Ağdaş, İmişli, Tovuz rayonlarında fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
|
İsmayılov İntizam Xanbala oğlu |
Xətai rayonu, Cavanşir və R.Quliyev küçələrinin kəsişməsi |
İnzibati protokol tərtib edilib |
|
|
İbrahimov Camal Kamal oğlu |
Xətai rayonu, Əhmədli qəsəbəsi, keçid 823 |
İnzibati protokol tərtib edilib |
|
|
Pənəliyev Loğman Sahib oğlu |
Xətai rayonu, Sadıqcan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Abşeron rayonu üzrə |
|||
|
|
Axundov Şəhriyar Oktay oğlu |
Novxanı kəndi |
İnzibati protokol tərtib edilib |
|
Ağdaş rayonu üzrə |
|||
|
|
Məmmədov Şöhrət Nəbi oğlu |
Qarağan Sədi kəndi |
İnzibati protokol tərtib edilib |
|
İmişli rayonu üzrə |
|||
|
|
Babaşov Hafiz Mehrab oğlu |
İmişli şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Mirzəliyev Rahib Mirzə oğlu |
İmişli şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
|
Bəşirov Aqşin Fikrət oğlu |
İmişli şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Tovuz rayonu üzrə |
|||
|
|
Namazov Ramiz Xanbuta oğlu |
M.Musayev küçəsi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Özbəkistanda səfərdə olan AQTA nümayəndə heyəti fitosanitar laboratoriya ilə tanış olub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar laboratoriyasına baş çəkib. Nümayəndə heyəti laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub. Eyni zamanda nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə olunan nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub. Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Qurban Qurbanov: Futbolçularımız sağlam qidalanmada peşəkar yanaşmanın faydasını görür
“Laboratoriyalarla tanışlıqdan sonra təəssüratlarım çox xoşdur. Biz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yarandığı gündən əməkdaşlıq edirik. İdmançının sağlamlığı çox önəmlidir, onun sağlam qidaya daima ehtiyacı var. AQTA rəhbərliyi ilə söhbətlərimiz əsnasında həmişə vurğulayırıq ki, komanda üzvlərinin qidalanması sağlam olmalıdır”. Bu fikirləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ilə tanışlıqdan sonra deyib. Baş məşqçi vurğulayıb ki, İnstitutun əməkdaşı həm də klubun diyetoloqu kimi fəaliyyət göstərir: “Futbolçular peşəkar yanaşmanın faydasını görür. Sağlam qidalanmanın nəticələrimizdə çox böyük rolu var” – deyə, baş məşqçi əlavə edib. Q. Qurbanov yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu cür təşəbbüslərin ölkədə sağlam nəslin formalaşmasına, gənclərin inkişafına və idmanın daha da güclənməsinə töhfə verdiyini əlavə edib.
İlqar Şamilov: “Qarabağ”ın futbolçuları üçün təhlükəsiz qidalanma modeli qurulub
Qida təhlükəsizliyi idman üçün sadəcə sanitariya məsələsi deyil, eyni zamanda idmançının sağlamlığının bərpasının və davamlı performansının əsas təməlidir. Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin müdir müavini, “Qarabağ” futbol klubunun həkim-diyetoloqu İlqar Şamilov deyib. Onun sözlərinə görə, sağlam və balanslı qidalanma məşq prosesi qədər vacibdir. Düzgün seçilmiş, keyfiyyətli və təhlükəsiz qida zədələnmələrin azalmasına, daha sürətli bərpaya, sabit enerjiyə və yüksək performansa birbaşa təsir göstərir. İlqar Şamilov bildirib ki, AQTİ-nin elmi potensialı ilə “Qarabağ” futbol klubunun praktik təcrübəsinin birləşdirilməsi nəticəsində idmançılar üçün həm təhlükəsiz, həm də sistemli qidalanma modeli qurulub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş