Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
14 Aprel 2023 10:10
![Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2351/16824823168958.jpg)
![Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2351/16824823178959.jpg)
![Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2351/16824823178960.jpg)
![Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2351/16824823168958.jpg)
![Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2351/16824823178959.jpg)
![Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb](https://afsa.gov.az/resized/resize649/center/pages/2351/16824823178960.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə A.Kunanbayev küçələrinin kəsişməsində fəaliyyət göstərən fiziki şəxs Əliyarov Vüqar İsmayıl oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
![Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10276/whatsapp-image-2025-02-17-at-114443.jpg)
Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
![Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10265/whatsapp-image-2025-02-14-at-110059-1.jpg)
Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
![İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10263/whatsapp-image-2025-02-14-at-094746.jpg)
İctimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlandı
Zaqatala şəhəri, Ç.Atalov küçəsində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Fəryad Fərhad oğluna məxsus “Fəryad” ictimai iaşə müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)