Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
14 Aprel 2023 10:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, 7-ci mikrorayon, S.S.Axundov küçəsi ilə A.Kunanbayev küçələrinin kəsişməsində fəaliyyət göstərən fiziki şəxs Əliyarov Vüqar İsmayıl oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejminə və texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 49 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Rövşən Əli oğluna məxsus lavaş emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
“Moon Pub” restoranında saxta alkoqollu içkilər aşkarlanıb
Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub” restoranında Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Sabunçuda ev quşlarının kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı
Bakı şəhəri, Sabunçu rayonu, İ.Rəhimov küçəsi 14 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi məntəqəsində yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, fiziki şəxs Kərimov Ramiz Raqub oğluna məxsus müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.