Qarğıdalı çubuqlarının istehsalı müəssisəsində nöqsanlar aşkar olunub
4 Oktyabr 2021 15:37




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ev 75 ünvanında yerləşən, fiziki şəxs Tağıyev İsmayıl Afiq oğluna məxsus qarğıdalı çubuqlarının istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə sanitariya normaları və qaydalarının, həmçinin yeyinti məhsullarının istehsalı, saxlanması zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

“Keşlə” bazarında istehlaka yararsız balıq məhsulları aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome” bazarında yerləşən “Keşlə” bazarında yoxlama keçirib. Baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə əməl edilmədən balıq məhsullarının soyuducudan kənarda saxlanılaraq satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda çəlləklərdə duzlaşdırılaraq antisanitar şəraitdə emal olunan kəskin qoxulu, həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kq istehlaka yararsız balıq məhsulu aşkarlanıb. Faktla bağlı istehlaka yararsız balıq məhsullarının satışının qadağan edilməsi və məhv olunmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, nöqsanlar aradan qaldırılanadək balıq məhsullarının emalı sahəsinin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Bazar rəhbərləri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası və Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı bazarlarının rəhbərləri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə sahibkarlar bazarlarda satışa çıxarılan heyvandarlıq məhsullarına baytarlıq nəzarətinin təmin edilməsinə dair təlimat barədə məlumatlandırılıb. Eyni zamanda heyvan mənşəli məhsulların etiketlənməsi və qablaşdırılması ilə bağlı tələblər görüş iştirakçılarının diqqətinə çatdırılıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Yasamalda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənəliyev Seyfulla Rəvxan oğluna məxsus su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə emal prosesində istifadə olunan filtrlər dəyişdirilmir və ya təmizlənmir, ehtiyat su çəni təmizlənmir. Laborator müayinələrin aparılması məqsədilə götürülmüş su nümunələrində koliform bakteriyaları, ümumi mikroorqanizmlərin sayının normadan çox olduğu aşkarlanıb, həmçinin kalsium, maqnezium, sulfat ionlarının miqdarının, ümumi codluğun, pH göstəricisinin etiket məlumatlarında qeyd olunan miqdarla uyğunluq təşkil etmədiyi müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
