Qazaxda qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkar olunub
29 Oktyabr 2021 11:32


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları Qazax rayonu, Ə. Şıxlinski küçəsində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Bərdədə “Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, İ.Qayıbov küçəsində fəaliyyət göstərən, Behbudov Rəşad Yaşar oğluna məxsus “Ay Pizza” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda qida məhsullarının saxlanma temperaturuna əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Ağcabədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən, Qasımov Elçin Yaqub oğluna məxsus topdansatış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı yararlılıq müddəti bitmiş zeytun yağı, meyvə şirəsi və müxtəlif çeşiddə şirniyyat, həmçinin Azərbaycan dilində etiket məlumatı olmayan xurma və balıq konservi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonu, Əhmədbəyli kəndində fəaliyyət göstərən, Möhsümzadə Nicat Oktay oğluna məxsus “Nicat” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə mənşəyi məlum olmayan turşu və pendir məhsulu aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
