Qida təhlükəsizliyi sahəsində laboratoriya üzrə fəaliyyət göstərən mütəxəssis və tələbələr üçün təlim keçirilib
16 Mart 2022 15:48
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) laboratoriya üzrə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis və tələbələr üçün təşkil etdiyi təlimləri davam etdirir. Qida təhlükəsizliyi üzrə elmi bazanın təkmilləşdirilməsi və mövcud kadr potensialının gücləndirilməsi məqsədi daşıyan növbəti təlim İnstitutun müasir tələblər əsasında qurulmuş Bakı Regional Sınaq laboratoriyasında baş tutub.
Təlim proqramı “Klassik mikrobioloji müayinələr və ISO 7218 Qida məhsulları və heyvan yemlərinin mikrobiologiyası. Mikrobioloji müayinələrə dair ümumi tələblər” mövzusunu əhatə edən nəzəri və praktiki hissələrdən ibarət olub.
İştirakçılar təlimin ilk günündə AQTİ-nin strukturu, daha sonra adıçəkilən laboratoriyada təhlükəsizlik qaydaları və mikrobioloji laboratoriyaya dair sterillik qaydalara əməl olunması ilə bağlı təqdimatla tanış olublar. Təlim çərçivəsində mütəxəssis və tələbələrə ISO 7218 standartının tələbləri ətraflı izah edilib.
Təlim boyu geniş nəzəri biliklər əldə edən iştirakçılar praktiki məşğələlərdə mikrobioloji laboratoriyada mütəxəssislər tərəfindən məlumatlandırılıb, müayinə metodlarının tətbiqini həyata keçiriblər.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş