Qida təhlükəsizliyi sahəsində nəzarət tədbirləri davam edir
28 İyun 2022 17:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir. Bu tədbirlər çərçivəsində cari ilin 1 may - 22 iyun tarixlərində ümumilikdə 23 ət satışı mağazasında planlı və plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 21 müəssisədə ətlərin qəbulu, saxlanması və satışı ilə bağlı sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, eyni zamanda 4 müəssisədə ətlərin baytarlıq ekspertizası aparılmadan satışının həyata keçirildiyi aşkar olunub. Faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib və sahibkarlar cərimələnib.
Bundan əlavə, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə Agentliyin əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə sözügedən dövr ərzində 473 məntəqədə reyd keçirilib.
Reyd zamanı 332 müəssisədə qanunsuz heyvan kəsimi və ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışı faktı aşkarlanıb. Bununla əlaqədar 64 müəssisədə təkrar nöqsana yol verildiyi üçün heyvan kəsimində istifadə olunan qurğular sökülüb, 14 sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub və 257 müəssisə rəhbərinə xəbərdarlıq edilib.
|
№ |
Müəssisənin adı |
Ünvan |
Tətbiq olunmuş məsuliyyət tədbirləri |
|
1 |
Əmiraslanov Ramin Fikrət oğlu |
Bakı şəhəri, N. Nərimanov küçəsi ilə Nizami küçəsinin kəsişməsi |
İnzibati qaydada cərimə edilib |
|
2 |
Rzapur Etibar Müseyib oğlu |
Yevlax rayonu, Aran qəsəbəsi |
İnzibati qaydada cərimə edilib |
|
3 |
Məmmədov Müqəddəs Kərəm oğlu |
Şəmkir rayonu, Sabirkənd kəndi |
İnzibati qaydada cərimə edilib |
|
4 |
Qəniyev Məsləhət İsmayıl oğlu |
Masallı rayonu, Qızılavar kəndi |
İnzibati qaydada cərimə edilib |
|
5 |
Mustafayev İbrahim Cümşüd oğlu |
Gəncə şəhəri, Nizami pr., keçmiş Şəmkir avtovağzalı |
İnzibati qaydada cərimə edilib |
|
6 |
Sadıqov Rəşad İlham oğlu |
Neftçala rayonu, Dördlər kəndi |
İnzibati qaydada cərimə edilib |
|
7 |
Mustafayev Siyavuş Fərhad oğlu |
Ağdaş rayonu, M. İsayev küçəsi |
İnzibati qaydada cərimə edilib |
|
8 |
Həsənov İsmayıl Xəlil oğlu |
Şamaxı rayonu, Çuxuryurd kəndi |
İnzibati qaydada cərimə edilib |
|
9 |
Azayev İlqar Qəribağa oğlu |
Şamaxı rayonu, Çuxuryurd kəndi |
İnzibati qaydada cərimə edilib |
|
10 |
Səfərov Saleh Savalan oğlu |
Qobustan şəhəri, Bakı-Şamaxı şosesi 88-ci km., “Son” adlanan ərazi |
İnzibati qaydada cərimə edilib |
|
11 |
Qocayev Xanbaba Yusif oğlu |
Şamaxı rayonu, Göylər kəndi |
İnzibati qaydada cərimə edilib |
|
12 |
Əsgərov Ehtiqal Qənbər oğlu |
Gəncə şəhəri, Ş. İ. Xətai küçəsi |
İnzibati qaydada cərimə edilib |
|
13 |
Nərimanov Malik Əbdüləli oğlu |
Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi, Beyləqan-Daşburun yolunun sağ hissəsi |
İnzibati qaydada cərimə edilib |
|
14 |
İlyasov Mübariz Şamil oğlu |
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi |
İnzibati qaydada cərimə edilib |
|
15 |
Vəliyev Səfali Əlxoş oğlu |
Saatlı rayonu, Məzrəli kəndi |
İnzibati qaydada cərimə edilib |
|
16 |
Tağıyev Cavanşir Səməd oğlu |
Saatlı rayonu, Qara Nuru kəndi |
İnzibati qaydada cərimə edilib |
|
17 |
Mirzəyev Eldəniz Heydər oğlu |
Şamaxı rayonu, Muğanlı kəndi |
İnzibati qaydada cərimə edilib |
|
18 |
Süleymanov Azər Ələkbər oğlu |
Şamaxı rayonu, Sabir qəsəbəsi |
İnzibati qaydada cərimə edilib |
|
19 |
Umudov Umud Elsevər oğlu |
Saatlı şəhəri, H. Əliyev prospekti |
İnzibati qaydada cərimə edilib |
|
20 |
Əsgərov Elvin Ələddin oğlu |
Tovuz rayonu, İbrahimhacılı kəndi |
İnzibati qaydada cərimə edilib |
|
21 |
Mehdiyev Ramin Hüseyn oğlu |
Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə M. Bağırov küçəsinin kəsişməsi |
İnzibati qaydada cərimə edilib |
|
22 |
Həsənov Rəhim Xudaverdi oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Molla Səid Ordubadi küçəsi |
İnzibati qaydada cərimə edilib |
|
23 |
Məmmədov Yadigar Əmir oğlu |
Şəmkir rayonu, Sabirkənd kəndi |
İnzibati qaydada cərimə edilib |
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş