Qida təhlükəsizliyi tələblərini pozan şirin buğda emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
17 Yanvar 2025 16:30
Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, ev 72 ünvanında fəaliyyət göstərən fiziki şəxs Orucov Sarvan Kazım oğluna məxsus şirin buğda emalı müəssisəsində yoxlama keçirilib.
Antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yoxlama zamanı bişirmə avadanlığından çıxan buğdaların birbaşa döşəməyə yığıldığı, emal prosesində istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, hazır qidaların daşınması üçün xüsusi nəqliyyat vasitələrinin ayrılmadığı, məhsulların qanunvericiliyə uyğun şəkildə markalanmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
“Luma” əmtəə nişanlı şirin buğda partlağı məhsulundan nümunə götürülərək laboratoriyaya təqdim edilib.
Faktla bağlı müvafiq tədbirlər görülüb və məhdudlaşdırıcı qərar qəbul olunub.
Oxşar xəbərlər
Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət aşkarlandı
Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Suşi emalı müəssisəsində yoxlama keçirilib
Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Faiq Yaşar oğluna məxsus suşi emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisədə emal prosesinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, istifadə edilən qida məhsullarının üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, ayrıca sahələrin təşkil edilmədiyi, işçi heyətin ikin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı qərar qəbul olunub.
Antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alındı
Gəncə şəhəri, Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərov Ayəddin İsa oğluna məxsus quş əti emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, xammalın qəbulu, saxlanması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlandığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.