Qoşqar Təhməzli pomidor istehsalçıları ilə görüşüb
29 Noyabr 2021 11:04
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli pomidor istehsalçıları ilə görüşüb.
Videokonfrans formatında keçirilən görüşdə Q. Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan danışıqlar və əldə olunan nəticələr barədə sahibkarları məlumatlandırıb. 100-dən artıq sahibkarlıq subyektinin iştirak etdiyi tədbirdə əldə olunan razılaşmalarla bağlı iştirakçıları məlumatlandıran Agentlik sədri pomidor istehsalı ilə məşğul olan sahibkarların üzərinə düşən məsuliyyət və qoyulan tələbləri diqqətə çatdırıb.
Bildirilib ki, əldə olunmuş razılığa əsasən, Rusiyanın müvafiq qurumunun əməkdaşları tərəfindən təsərrüfatlarda aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə həmin qurum tərəfindən ixrac icazələri birbaşa AQTA-nın zəmanət məktubu əsasında veriləcək.
Tədbirdə pomidor bitkisinə qoyulan ixrac tələbləri ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, həmçinin təsərrüfatlarda bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verilib.
Oxşar xəbərlər
AQTA bitki yağı və palma yağı idxalçılarına xəbərdarlıq edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib. Laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.
Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Qoşqar Təhməzli “ATS Food” MMC-nin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub. Müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş