Quşçuluq sektorunda istehsal və ixrac imkanları genişlənir
4 Avqust 2026 12:54
Azərbaycanda quşçuluq sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin keyfiyyətli məhsullarla təmin edilməsi və qeyri-neft ixracının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Hazırda ölkəmizdən dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsullar, o cümlədən quşçuluq məhsulları ixrac edilir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, ölkədə süfrə yumurtasına olan daxili tələbat tam təmin edilir və ixrac üçün kifayət qədər istehsal potensialı mövcuddur. Azərbaycan 2024-cü ildə yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib və bu status mütəmadi epizootoloji monitorinqlər nəticəsində qorunub saxlanılır.
AQTA rəsmisi qeyd edib ki, hazırda Azərbaycanda istehsal olunan süfrə yumurtası ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac edilir. Bununla yanaşı, Çin Xalq Respublikasına ixrac ilə bağlı müvafiq razılıq əldə olunub və hazırda texniki hazırlıq işləri görülür.
Dövlət tərəfindən göstərilən dəstək nəticəsində ölkədə quş əti və yumurta istehsalı davamlı şəkildə artır, daxili bazarın tələbatı etibarlı şəkildə ödənilir və quşçuluq sektorunun ixrac potensialı daha da genişlənir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş