Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir
21 İyun 2021 11:32
![Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir](https://afsa.gov.az/resized/resize649/center/pages/5538/16824843784908.jpg)
![Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir](https://afsa.gov.az/resized/resize649/center/pages/5538/16824843784908.jpg)
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 18-də qida məhsulları sahəsində fəaliyyət göstərən 16 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd edilən tarixdə 2 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
"AVE-HASELNUT" MMC |
emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
Hacıyev Vaqif Əliaslan oğlu |
pərakəndə satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
![Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/10236/whatsapp-image-2025-02-10-at-114252.jpg)
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 3-7 fevral tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı İmişli, Ağcabədi və Tərtər rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
![Qida məhsullarının qablaşdırılması müəssisəsində nöqsanlar aşkarlandı](https://afsa.gov.az/resized/resize224/center/pages/10233/whatsapp-image-2025-02-07-at-115310-3.jpg)
Qida məhsullarının qablaşdırılması müəssisəsində nöqsanlar aşkarlandı
Nərimanov rayonu, Bakı-Batumi küçəsində yerləşən, fiziki şəxs Rüstəmova Sevinc Hüseyn qızına məxsus dənli bitkilərin və yarmaların qablaşdırılması müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və emal zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Baxış zamanı “Ruzum” əmtəə nişanlı məhsulların etiket məlumatlarında bir sıra nöqsanlar müəyyən edilib. Belə ki, məhsulun qida və enerji dəyəri, yararlılıq müddəti, istehsalçısı barədə yanlış məlumatlar qeyd edilib. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
![“İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb](https://afsa.gov.az/resized/resize224/center/pages/10227/whatsapp-image-2025-02-06-at-140441-1-2.jpg)
“İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb
Saxta “Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb. Belə ki, fiziki şəxs Mənsimov Məmməd Adil oğlunun İrandan idxal etdiyi “Behnam Kar Azar Bilasavar Co” şirkətinin istehsalı olan “Morvarid” əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində “İlğım” əmtəə nişanı ilə “Himalay duzu” adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb. Araşdırmalar davam etdirilir.
![Quş qripi ilə bağlı diqqət edilməli qaydalar – Videoçarx](https://img.youtube.com/vi/yJzr8EyxMIo/hqdefault.jpg)