Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir
22 İyun 2021 16:06


“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 21-də qida məhsulları sahəsində fəaliyyət göstərən 20 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd edilən tarixdə 2 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Gözəlov Bəxtiyar Vaqif oğlu |
ictimai iaşə |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
İlyasova Vüsalə Həmid qızı |
emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər

Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
Mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

"Asenat" MMC-yə məxsus su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub. Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Aqşin Salam oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı suların açıq şəraitdə qablaşdırıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, qabların yuyulub doldurulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Baxış zamanı digər istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı su bidonlarının doldurularaq satışa çıxarıldığı müəyyən edilib. Həmçinin emal sahəsində qablaşdırılma tarixi qeyd edilməyən 100 ədəd 19 litrlik müxtəlif əmtəə nişanlı su bidonu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
