Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb
31 Avqust 2026 18:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə nəzarət tədbirlərini davam etdirir.
Cari ilin avqust ayı ərzində həyata keçirilən tədbirlər çərçivəsində aşkar edilmiş içkilərin etiket məlumatlarının tələblərə uyğun olmadığı, başlıq hissəsinin təkrar bərkidildiyi, bəzi içkilərin aksiz markasız olduğu və ya aksiz markasının saxta olmasına əsaslı şübhələr olduğu müəyyən edilib. Həmin içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Belə ki, Bakı şəhərində, Abşeron və Lənkəran rayonlarında saxta alkoqollu içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb və qanunvericilik çərçivəsində digər zəruri tədbirlər görülüb.
Əlavə olaraq Kürdəmir rayonunda qanuna zidd olaraq təsdiq olunmadan alkoqollu içki emalı həyata keçirilən müəssisədə başqa istehsalçıya məxsus etiketlər, həmçinin mənşəyi məlum olmayan, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan etil spirti aşkar edilərək qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb.
Oxşar xəbərlər
Kritik Nəzarət Nöqtəsi (CCP) nədir?
Qida təhlükəsizliyi sistemində Kritik Nəzarət Nöqtəsi (CCP) məhsulun təhlükəsizliyini təmin edən ən vacib mərhələlərdən biridir. CCP – qida istehsalı prosesində təhlükənin qarşısının alındığı, aradan qaldırıldığı və ya qəbul edilə bilən səviyyəyə endirildiyi kritik nəzarət nöqtəsidir. Təhlükənin effektiv idarə olunması Məhsulun təhlükəsizliyinin təmin edilməsi İstehlakçı sağlamlığının qorunması Bu mərhələdə düzgün nəzarət aparılmazsa, məhsul insan sağlamlığı üçün risk yarada bilər və sonradan bu riski aradan qaldırmaq çox çətin olar. HACCP sisteminin əsas məqsədi bütün prosesi deyil, məhz ən riskli və kritik nöqtələri nəzarətdə saxlamaqdır.
"Piano Hall" şadlıq evində nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən, fiziki şəxs Aslanlı Raul Samir oğluna məxsus "Piano Hall" şadlıq evində yoxlama keçirib.
Qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Zeynalov Şöhrət Ağakərim oğluna məxsus təndirxanada plandankənar yoxlama keçirib. Baxış zamanı qida obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Obyektdə mənşəyi məlum olmayan toyuq məhsulları aşkarlanıb, həmçinin sanitar-gigiyenik və sanitar-texniki nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunamüvafiq tədbirlər görülüb, obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş