Saxta spirtli içkilərin satışının qarşısı alınıb
23 Dekabr 2022 14:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küç., ev 82F, məh. 889 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Alişan” şirkətinə məxsus “M” marketdə keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırılma əlamətləri müəyyən olunub. Belə ki, “Nemiroff Vodka Original” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik, “Lauren’s Blended Scotch Whisky” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Jack Daniel’s Tennessee Whisky 1981 Gold Medal” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Royal Salute Blended Scotch Whisky 38 il” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik alkoqollu içkilərin qablaşdırılmasında falqanın və aksiz markanın kustar üsulla yapışdırıldığı aşkarlanıb. Alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, spirtli içkilər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarında müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş