Şəkər istehlakını azaltmaq sağlamlıq üçün vacibdir!
30 Dekabr 2023 15:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər kəsə şəkəri normaya uyğun qaydada istehlak etmək tövsiyə olunur.
Belə ki, statistikaya görə, ölkəmizdə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilə qədər olan müddətdə 125 % artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kq şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 q şəkərdən istifadə deməkdir. Qeyd edilən göstərici isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokalad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40 % artım müşahidə olunub.
Qeyd edilən tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını vacib hesab edirlər.