Şəmkirdə pərakəndə satış mağazasında saxta araqlar aşkarlanıb
20 Noyabr 2025 09:33
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, fiziki şəxs Cəfərov Əziz Abbas oğluna məxsus pərakəndə satış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Belə ki, mağazada “Belaya”, “Organic Ultra”, “Organic Brand”, “Organic Free”, “Organic Ekskluziv”, “Oscar”, “Sobranie”, “Ağsu”, “İCE”, “Organic”, “Moskovskiy” əmtəə nişanlı ümumi miqdarı 127.6 litr olan 203 ədəd saxta araq aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, saxta məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materialların hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Həkim-nutrisioloq: BAQM-ların və idman qidalarının nəzarətsiz istifadəsi ciddi fəsadlara səbəb ola bilər
İdman qidaları və bioloji aktiv qida məhsulları balanslı qidalanmanı əvəz etmir. Bu məhsullar yalnız düzgün və balanslaşdırılmış qidalanma rejimi qurulduqdan sonra əlavə dəstək kimi istifadə oluna bilər. Bu barədə həkim-nutrisioloq Emil Hidayətli bildirib. Onun sözlərinə görə, bu cür əlavələrin qəbulundan əvvəl mütləq həkim və ya sahə üzrə ixtisaslaşmış mütəxəssislə məsləhətləşmək vacibdir. Orqanizmin sağlamlıq vəziyyəti, xüsusilə böyrək və qaraciyərin funksional durumu nəzərə alınmadan qəbul edilən əlavələr sağlamlıq üçün risk yarada bilər. Emil Hidayətli qeyd edib ki, bioloji aktiv qida məhsulları və idman qidalarının normadan artıq və ya nəzarətsiz istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən, onların dozası və istifadəsi fərdi xüsusiyyətlərə uyğun şəkildə müəyyən edilməlidir. “Bu məhsullar yalnız ixtisaslaşmış satış məntəqələrindən və mütəxəssis tövsiyəsi təqdim edə bilən etibarlı müəssisələrdən əldə olunmalıdır. Kortəbii şəkildə, qeyri-rəsmi mənbələrdən və ya başqalarının təcrübəsinə əsaslanaraq bu cür əlavələrin istifadəsi düzgün hesab edilmir”-deyə həkim-nutrisioloq bildirib. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Qida mifləri: Meyvə və tərəvəzləri soyuducuya qoymazdan əvvəl yumaq lazımdır? - Video
AQTİ-nin “Qida mifləri” rubrikasının bu dəfəki buraxlışında meyvə və tərəvəzləri soyuducuya qoymazdan əvvəl yumaq lazımdır sualına cavab verilib. İnstitutun mütəxəssisləri bildirir ki, meyvə və tərəvəzlərin saxlanması və gigiyenası ilə bağlı cəmiyyət arasında geniş yayılmış yanlış təsəvvürlərdən biri onların soyuducuya yerləşdirməzdən əvvəl yuyulmasıdır. Doğru qəbul edilən bu fikir əslində isə həqiqəti əks etdirmir. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Kardiologiya İnstitutunun direktoru “Erkən kəsimə son!” layihəsinə qoşulub - Video
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Erkən kəsimə son!” layihəsinə qoşulub. Gülnaz Dadaşova müraciətində bildirib ki, erkən kəsimin tibbi baxımdan üstünlüyü barədə formalaşan bəzi yanlış fikirlər elmi əsaslara söykənmir: “Körpə quzu əti ilə qoyun əti qırmızı ət kateqoriyasına daxildir və zülal mənbəyidir. Lakin bəzən körpə quzu ətinin guya daha faydalı və ya müalicəvi əhəmiyyət daşıdığı barədə yanlış təsəvvür formalaşdırılır. Bu yanaşmanın heç bir elmi əsası yoxdur.” O, qeyd edib ki, qırmızı ətin həddindən artıq istehlakı xüsusilə risk qrupunda olan insanlar üçün təhlükə yarada bilər: “Hipertoniya və ürək-damar xəstəlikləri riski olan şəxslərdə qırmızı ətin, o cümlədən quzu ətinin normadan artıq istifadəsi ciddi ağırlaşmalara səbəb ola bilər. Bu baxımdan erkən kəsimə yox demək vacibdir.” Ətraflı videolink:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
AQTA sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş olub
Giriş