Türkanda fəaliyyət göstərən su emalı müəssisəsində uyğunsuzluq aşkarlanıb
25 Avqust 2025 15:13
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Abşeron rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərasizində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Sakit Hüsi oğluna məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.
Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəzər rayonunda qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1A, m.1505 ünvanında fəaliyyət göstərən qənd və karamel emalı müəssisəsində yoxlama keçirib. Müəssisədə emal prosesinin antisanitar şəraitdə həyata keçirildiyi müəyyən edilib. Həmçinin texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, istifadə edilən avadanlıqların korroziyaya uğradığı, anbar və emal sahəsinin təmirsiz olduğu və xammalların, hazır məhsulların saxlanma şəraitinə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və qida təhlükəsizliyi sahəsində digər tələblərin pozulduğu aşkarlanıb. Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib. Sınaq nəticələri bəlli olana kimi məhsulların dövriyyəsi qadağan olunub. Nöqsanlar aradan qaldırılanadək müəssisədə qənd, karamel, kozinak, iris və s. konfetlərin emalı sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Masallıda fəaliyyət göstərən kafedə normativ tələblər pozulub
Masallı rayonu, Qarabağ küçəsində yerləşən kafedə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Cəlilabadda “MM” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Azərbaycan küçəsində fəaliyyət göstərən “MM” marketdə yoxlama keçirib. Marketdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş