Türkiyəli mütəxəssislər tərəfindən bitki sağlamlığı mövzusunda təlim keçirilib
31 May 2022 17:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə Birgə Fəaliyyət Planı” çərçivəsində “Bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq” istiqamətində təlim keçirilib.
Təlimdə AQTA əməkdaşları ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları iştirak ediblər. Türkiyəli mütəxəssislər tumlu və çəyirdəkli meyvə bitkilərinin təhlükəli karantin tətbiq edilən zərərli orqanizmlərindən olan meyvə ağaclarının yanığı (Erwinia amylovora), qonur monilioz çürümə (Monilinia fructicola), şarka virusu (Plum pox potyvirus), şərq meyvəyeyəni (Cydia molesta), qərb çiçək tripsi (Frankliniella occidentalis) və Aralıq dənizi meyvə milçəyinin (Ceratitis capitata) morfologiyası, bioekologiyası, müxtəlif bitkilərdə əlamətləri, monitorinqi, nümunəgötürmə qaydası, mübarizə üsulları haqqında bilik və təcrübələrini bölüşüb.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş