Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət aşkarlandı
21 Yanvar 2025 11:24
Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib.
Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi
Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
Quş qripi xəstəliyi ilə bağlı bir sıra ərazilərə bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Almaniya Federativ Respublikasının Baden-Vürtemberq vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Nebraska, Miçiqan, Ohayo, Arkanzas, Qərbi Virciniya, Delaver, İndiana ştatlarında və Puerto-Riko ərazisində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu inzibati ərazi vahidlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Çörək emalı müəssisəsində bir sıra nöqsanlar aşkarlanıb
Saatlı şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Qəhrəmanov Rəvan Bəybala oğluna məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Müəssisədə məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, emal prosesində suyun filtirasiyadan keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, havalandırma sisteminin qurulmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.