Xətai rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkar olunub
25 İyun 2021 11:05
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, Bakı şəhərinin Xətai rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Naximov 13 ünvanında yerləşən , fiziki şəxs Əliyev Elmir Müşviq oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov 19 ünvanında yerləşən , fiziki şəxs Quliyev Cəmil Cəbrayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov 20 ünvanında yerləşən , fiziki şəxs Qulamov Bilala məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Xətai rayonu, X.Əlizadə küçəsində yerləşən, fiziki şəxs İbrahimov Camal Kamal oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Xətai rayonu Zığ yolu 22 ünvanında yerləşən , fiziki şəxs Quliyev Samir Fazil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 2 ünvanında yerləşən , fiziki şəxs Zeynalov İlqar Xanlar oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Bakı şəhəri, Xətai rayonu, M.Hadi 44A ünvanında yerləşən , fiziki şəxs Kərimov İmran Kərəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;
8. Bakı şəhəri, Xətai rayonu, M.Hadi 136 ünvanında yerləşən , fiziki şəxs Hüseynov Əlizamin Zahid oğluna məxsus heyvan kəsimi məntəqəsi;
9. Bakı şəhəri, Xətai rayonu, Sarayev 12 ünvanında yerləşən , fiziki şəxs Hüseynov Amil Adil oğluna məxsus heyvan kəsimi məntəqəsi;
10. Bakı şəhəri, Xətai rayonu, Sarayev 8 k ünvanında yerləşən , fiziki şəxs Fərzəliyev Nicat Vidadi oğluna məxsus heyvan kəsimi məntəqəsi;
11. Bakı şəhəri, Xətai rayonu, Sarayev 20 ünvanında yerləşən , fiziki şəxs İsfəndiyarov Sədrəddinə məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş