Xudatda təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub
5 Oktyabr 2021 10:27
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhərində fəaliyyət göstərən “Qala” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
AQTA: İdman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır” kimi ifadələrlə reklamı yolverilməzdir
Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır”, “yağları əridir”, “bədən çəkisini azaltmağa kömək edir” və digər bu kimi ifadələrlə reklam edilməsi halları artıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, qida məhsullarının istehlakçılara bu cür çaşdırıcı ifadələrlə təqdim olunması qanunvericiliyin tələblərinə ziddir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının etiketində, reklamında və təqdimatında həmin məhsula xas olmayan təsir və ya xassələrin göstərilməsinə yol verilmir.
Çinə qida məhsulları ixrac edən müəssisələr CIFER sistemində qeydiyyatdan keçməlidirlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir. CIFER Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izləniləbilənliyinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması, habelə onların ÇXR qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə yaradılıb.
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş