Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ölkə üzrə istehlak bazarında monitorinqləri davam etdirir.
Cari ilin 6-10 iyun tarixlərində 54 ticarət və 115 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 54 ticarət və 114 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonunda fəaliyyət “1inci Dönər” ictimai iaşə müəssisəsində monitorinq keçirilib.
2024-cü il 3-7 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağdaş, Lənkəran, Masallı, Ağdam, Şəki rayonlarında fəaliyyət göstərən 33 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Lənkəran şəhəri, Q.Xiyabanı küçəsi 13A ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus “Qala Dönər” ictimai iaşə obyektində hazırlanan toyuq əti dönərinin tərkibində E.coli bakteriyası aşkarlanıb.
Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkəyə idxal olunan və ölkədə istehsal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tovuz şəhəri, H.Əliyev prospekti, ev 3, mənzil 13 ünvanında fəaliyət göstərən “Dövran” və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən “Şirdan” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.
Cari ilin 5 iyun tarixində 15 ticarət və 48 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 13 ticarət və 47 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Baksol” adlanan ərazidə fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində yoxlama həyata keçirilib.
Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən “Lökbatan” bazarında yoxlama həyata keçirilib.
Giriş