
AQTİ-nin Milli Referens Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlik sınaqlarına qatılıb. Çirkləndirilmiş quzu əti nümunəsində mal, at, uzunqulaq, donuz, qoyun, keçi və toyuq əti DNT-ləri üzrə müayinələr aparan Milli Referens Laboratoriyası ətin mənşəyi parametri üzrə uğurlu nəticə əldə edib. Sınaqlar molekulyar səviyyədə yüksək həssaslığa malik müayinə metodu ilə həyata keçirilib.

5 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Qax rayonunda fəaliyyət göstərən 13 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimlərə başlayır.

4 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 62.1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Tatarıstan Respublikasında və Ekvador Respublikasının Quayas əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

1 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 4 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.

1 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay rayonunda fəaliyyət göstərən 16 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini rəhbər tutaraq və əhalinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkə ərazisində qida zəncirinin bütün mərhələlərində, o cümlədən qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası, daşınması və digər fəaliyyətləri həyata keçirən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam etdirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin sentyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 22-si saat 10:00-da Naxçıvanda vətəndaşları qəbul edəcək.

31 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Masallı, Tovuz rayonlarında fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.