
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır.

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən yanvar ayında təşkil olunan bioloji aktiv qida məhsulu nümunəsində ağır metal və mineral analizləri, eyni zamanda yem nümunəsində ağır metalların qalıq miqdarının təyini üzrə səriştəlilik sınaqlarında iştirak edib.

2024-cü il 19-23 fevral tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Bərdə, Ağcabədi, Tovuz, Xaçmaz rayonları üzrə fəaliyyət göstərən 15 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Podlask inzibati ərazisində Nyukasl, Amerika Birləşmiş Ştatlarının isə Merilend və Pensilvaniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti” və “Zoomühəndislik” fakültələrinin sonuncu kurs tələbələri ilə görüş keçirib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbərliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı soyqırımı abidəsini ziyarət edib.

AQTA tərəfindən ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması məqsədilə innovativ həllər və müasir texnologiyaların tətbiq edilməsi ilə AQTİS üzərindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılıb.

Cari ilin 26 fevral – 1 mart tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsi davam etdirilir.

Samux rayonunda fəaliyyət göstərən “Qara-Çanaq” alkoqollu içkilərin istehsalı müəssisəsində keçirilən yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu biotəhlükəsizlik sahəsində laboratoriya sisteminin inkişafının təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Həyata keçirilən tədbirlərin davamı olaraq Şəmkir rayonunda AQTİ-nin yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurulub.