
Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə tədbirləri davam etdirir.

4 noyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Qax rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyanın əməkdaşı Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumrusiya Bitki Karantini Mərkəzi tərəfindən təşkil olunan “Bitkilərin mühafizəsi və karantini” adlı beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

“Qida təhlükəsizliyi haqqında” Qanunun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli qida məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilməlidir.

2-3 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 11 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 17 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 24 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 24-ü saat 10:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində Qax, Zaqatala, Balakən, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

2 - 3 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz rayonunda fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

Sosial şəbəkədə yayılmış məlumatın yerində araşdırılması məqsədilə Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Habil Arif oğluna məxsus “Şəki” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən ölkədə fəaliyyət göstərən ali məktəklərin tələbələri ilə görüşlər davam etdirilir. Növbəti görüş Azərbaycan Texniki Universitetində qida sahəsinə aid olan ixtisaslar üzrə təhsil alan tələbələrlə keçirilib.