
Daxil olan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən, fiziki şəxs Bədəlova Aynurə Kərəm qızına məxsus “Papanin” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Daxil olan müraciət əsasında Lənkəran rayonu, Cil kəndində fəaliyyət göstərən, Xamiyev Kamal Mirzaid oğluna məxsus “Cil” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Molekulyar biologiya üzrə qabaqcıl texnologiyalar: klonlaşdırma, sekvenləşdirmə və amplifikasiya” adlı seminar təşkil olunub.

31 oktyabr - 1 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 17 müəssisədə nöqsanlar müəyyən olunub.

31 oktyabr - 1 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Ağdaş, Tovuz rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qida təhlükəsizliyi qeydiyyatına alınmasına start verib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəmizdə qida nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ölkədə fəaliyyət göstərən ali məktəklərin tələbələri ilə görüşləri davam etdirir. Növbəti görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kimya-texnologiya fakultəsinin Qida mühəndisliyi ixtisasında təhsil alan tələbələrlə keçirilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.