
İyunun 28-i və 29-u tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir. Layihə çərçivəsində keçirilən növbəti “Peşəkarlarla görüş” “İctimai iaşə sahəsində qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması məqsədilə xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi üçün vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış arealları üzrə epizootoloji monitorinqlər keçirəcək.

23 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 3 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi “Qida təhlükəsizliyi haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 23-də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.