
Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 84 ünvanında fəaliyyət göstərən “Amal” firmasına məxsus süd məhsullarının emalı müəssisəsində planlı yoxlama keçirilib.

9-12 iyun tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.

Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 40-cı məhəllə, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Zeynalov Elmir Mehman oğluna məxsus “Mədinəm” ət və ət məhsullarının satışı mağazasında plandankənar yoxlama aparılıb.

9 iyun tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 3 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir.

Xaçmaz rayonu, Ağçay kəndində fəaliyyət göstərən, fiziki şəxs Sultanov Azər Adgözəl oğluna məxsus süd emalı sexində keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli olan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini vaxtında müəyyənləşdirmək üçün bitkiçilik məhsullarının istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparılır.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının İrkutsk vilayətində Nyukasl, Çili Respublikasının Santiaqo Metropolitan regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Mədən küçəsində yerləşən və fiziki şəxs Səxavət Rüstəm oğlu Mamedova məxsus istixanada planlı yoxlama aparılıb. Yoxlama zamanı ilkin istehsal müəssisəsində nöqsanlar aşkar edilib.

Agentliyin müfəttişləri tərəfindən Şəki şəhəri, B.Vahabzadə küçəsində fəaliyyət göstərən və fiziki şəxs Samir Lətif oğlu Abdurahmanova məxsus çörək sexində plandankənar yoxlama aparılıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Chongqing əyalətində dabaq, Hunan və Siçuan əyalətlərində isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.