
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyasına gənclər üçün infotur təşkil olunub. AQTİ-nin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən infoturda həmin bölgədən olan gənclər istirak edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun formasını təsdiq edib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır. İnstitutun nəzdindəki beynəlxalq standartlara cavab verən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyaları paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə ölkədə meyvə istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.

AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Vahid Sağlamlıq” konsepsiyası ilə bağlı müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir və bununla əlaqədar hazırlanan Tədbirlər Planı icra olunur.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasında torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, suvarma suyu və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün nümunələr qəbul edilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin çevik şəkildə laborator diaqnostikası həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində və Slovakiya Respublikasının Bratislava diyarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda qida zəncirinin bütün mərhələləri üzrə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün ödənişsiz təlimlər keçiriləcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 19-29 fevral tarixlərində ölkədə brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçiriləcək.